Qurban Qurbanov: “Daha bir qapıçı axtarışındayıq”

29 İyul 2024 03:50 Qarabağ 1 724
Qurban Qurbanov: “Daha bir qapıçı axtarışındayıq”

"Şahruddin Məhəmmədəliyevdən başqa daha bir qapıçı axtarışındayıq".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

52 yaşlı çalışdırıcı Şahruddin Məhəmmədəliyevin transferindən sonra yeni qolkiper axtarışında olduqlarını söyləyib:

"Qapıçı mövqeyi bir çox klubların yaralı yeridir. İstəmirik ki, həmin mövqedə problem yaşayaq.

Heyətə yeni cəlb etdiyimiz Şahruddin Məhəmmədəliyev tam hazır vəziyyətdə deyil. Yəqin ki, bir müddət sonra daha da yaxşı olacaq.

Təbii ki, bizim üçün lazımlı oyunçudur. Bununla belə, daha bir qapıçı axtarışındayıq.

Hətta 2 gün əvvəl heyətə yeni qolkiper transfer etmək üzrə idik. Lakin onun keçidi alınmadı".

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”