"Neftçi" - "Qarabağ": 1-5 MANAT

11 Sentyabr 2021 11:20 Azarkeş 460
"Neftçi" - "Qarabağ": 1-5 MANAT

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri bu gün saat 14:00-dan sonra satışa çıxarılacaq.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 3A sektoruna 5 manat, digər sektorlara isə 1 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün saat 18:00-dək, oyun günü isə 20:30-dək işləyəcək.

Sentyabrın 12-də “Bakcell Arena” oynanılacaq "Neftçi" - "Qarabağ" matçı saat 20:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!