“Forza Neftçi”dən “İmarət”ə atmaca – Derbi öncəsi ara qızışır

9 Sentyabr 2021 23:40 Azarkeş 1 731
“Forza Neftçi”dən “İmarət”ə atmaca – Derbi öncəsi ara qızışır

Sentyabrın 12-də turun mərkəzi, çempionatın “bər-bəzəkli” qarşılaşması baş tutacaq.

Son illər çempionluq yolunda amansız mübarizə aparan “Neftçi”ylə “Qarabağ”ın duelini səbirsizliklə gözləyənlərin sayı çoxdur.

Bu mənada hər iki komandanın azarkeş qruplarının həyəcanı və narahatlığı başa düşüləndir. Bir tərəfdə “Forza Neftçi”, digər yanda “İmarət”...

Derbidən öncə “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə söhbətdə oyuna necə hazırlaşdıqlarını soruşduq: “Avrokuboklardakı çıxışdan sonra azarkeş qrupu olaraq incik düşmüşük. Çünki “Neftçi”dən daha artığını gözləyirdik. Transferlərin gecikməsi-filan. Nə isə, bütün bunlara baxmayaraq, komandanın yanındayıq. Çempionatın ən vacib oyunlarından birində “Neftçi”dən qələbə gözləyirik. Ancaq və ancaq qələbə istəyirik.

Banner və plakatlarla bağlı nəsə desəm, sürpriz itəcək. Müxtəlif ideyalarımız var ki, onları həyata keçirməyə çalışacağıq”.

Sübhanın “Tribunadakı rəqibiniz “İmarət”ə nə demək istərdin?” sualına cavabı belə oldu: “Mən heç nə demək istəmirəm. Çempionla oyuna çıxırlar. Nə deməli olduqlarını onlar düşünməlidirlər”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!