"BOS çox pis variantdır" - "Qarabağ"dan narazılıq

8 Sentyabr 2021 20:00 Azarkeş 2 957
"BOS çox pis variantdır" - "Qarabağ"dan narazılıq

UEFA “Qarabağ” – “Bazel” oyununun yeri ilə bağlı qərarını açıqladı. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılmalı olan görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.

Buna əsas səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.

Görəsən, verilən qərər "Qarabağ" azarkeşlərini razı salıb, yoxsa görüşün Tofiq Bəhramov adın Respublika Stadionda keçirilməsi onlar üçün daha münasibdir?

Ağdamlıların ən böyük azarkeş qrupu olan "İmarət"in idarə heyətinin üzvü Elnur Quliyev Sportinfo.az-a açıqlamasında qərara belə münasibət bildirib:

"Oyuna köklənmək, digər azarkeş qrupları ilə əlaqə qurmaq, sadə azarkeşlərə təsir etmək baxımından Bakı Olimpiya Stadionu çox pis variantdır. Azarkeşlər üçün ən yaxşı məkan "Baksel Arena"dır. Hətta şəxsən söhbət etdiyim futbolçular və məşqçilər də bu fikirdədirlər. Kaş Bakıda Bakı Olimpiya Stadionu yox, "Baksel Arena" kimi, amma tutumu daha çox olan bir neçə stadion da olardı.

Təbii ki, 60-70 min tutumu olan Bakı Olimpiya stadionunda komandanı dəstəkləmək və futbolçuların bunu hiss etməsi çətin olur. Çünki məsafə çox uzaqdır. Həm azarkeşlər oyunu daha yaxşı hiss edə bilmir, həm də digər azarkeşlərlə sinxron hərəkətlər etmək olmur. Tofiq Bəhramovda isə bu daha asandır. Çox istərdi ki, oyun bu məkanda keçirilsin.

Digər tərəfdən də Tofiq Bəhrəmov adına Respublika Stadionun da ot örtüyü bərbad haldadır. "Qarabağ"ın texniki futbola üstünlük verməsi səbəbindən belə ot örtüyü ciddi problem yaradır".

Sentyabrın 16-sı keçiriləcək matç 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti