AFFA Portuqaliya ilə oyun üçün şəhid ailələrinə bilet ayırdı

7 Sentyabr 2021 19:10 Azarkeş 550
AFFA Portuqaliya ilə oyun üçün şəhid ailələrinə bilet ayırdı

Azərbaycan və Portuqaliya milli komandaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu üçün AFFA tərəfindən şəhid ailələrinin üzvlərinə və şəhid övladlarına bilet ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu, milli assosiasiya ilə YAŞAT Fondu arasında mövcud əməkdaşlıq çərçivəsində baş tutub.

AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində YAŞAT Fondunun vasitəçiliyi ilə AVRO-2020-nin Bakıda keçirilmiş oyunları üçün də şəhid övladlarına biletlər təqdim etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!