Azərbaycan - Portuqaliya matçına satış necə gedir? - AÇIQLAMA

6 Sentyabr 2021 13:20 Azarkeş 883
Azərbaycan - Portuqaliya matçına satış necə gedir? - AÇIQLAMA

Sabah dünya çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Portuqaliya matçına maraq böyükdür.

İndiki vəziyyətdə maraq kəsb edən sual oyuna hansı sayda biletin satılmasıdır.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a açıqlamasında bu saata qədər futbolsevərlərin 19 min biletə sahib çıxdığını bildirib.

Sabah keçiriləcək (saat 20:00) qarşılaşmaya Bakı Olimpiya Stadionunun ümumi tutumunun 50 faizi qədər azarkeş buraxılacaq ki, bu da 30 mindən artıq biletin satışa çıxarılması deməkdir.

Biletləri "iticket" mobil tətbiqi və veb saytı, həmçinin “Gənclik Mall” və “28 Mall”da yerləşən "iticket" bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim edilir. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!