“Neftçi”nin avrokuboklarla erkən vidalaşması bu klubun azarkeşlərində haqlı narazılıq yaradıb.
Daim sevimli komandalarının yanında olan, onlara dəstək verən fanat ordusu mövcud vəziyyətə etiraz edir.
Bakılı tərəfdarların giley-güzarıına hər yerdə rast gəlmək mümkündür. Əsasən də sosial şəbəkədə.
“Neftçi“sevərlər bu cür sonluq gözləmirdi. Axı komanda yeni mövsümə Çempionlar Liqasında start vermişdi və ən pis halda Konfrans Liqasıınıın qrup mərhələsində mübarizə aparacaqlarını düşünürdülər.
Ancaq Kamran Quliyevin prezident, Samir Abasovun baş məşqçisi olduğu klub bu ümidləri də doğrultmadı.
Uduza-uduza ÇL-dən KL-ə düşən “ağ-qaralar“ qitənin yeni yaradılan üçüncü dərəcəli yarışmasında da “boy göstərməyi“ bacarmadı. İsraildə “Makkabi“yə 0:4 hesabıyla uduzan “Neftçi“ ona böyük ümid bəsləyənlərdə hərtərəfli xəyal qıırııqlığı yaratdı.
Dünən saytımızın “feysbuk“ səhifəsində bununla bağlı tərəfdarlara belə bir sual ünvanladıq: Sizcə, “Neftçi”nin avrokuboklarda biabırçı çıxış etməsində klubun prezidenti Kamran Quliyevin günahı nə qədərdir?
Əvvəla, onu qeyd edək ki, keçirdiyimiz sorğu ciddi maraq doğurub, çoxlu sayda rəy yazılıb.
Şərhlərdən bir daha aydın odur ki, “Neftçi“ azarkeşi son fiaskonun məsuliyyətini Kamran Quliyevdə görür və onun klub prezidenti postundan istefa verməsi fikri ətrafında birləşir.
SPORTİNFO.AZ

