Dünən axşam Şotlandiyada zəfər qazanan "Qarabağ" təxminən yarım saatdan sonra Bakıya çatacaq.
Sportinfo az-ın məlumatına görə, komandanın qarşılamaq üçün sadiq fanatlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanına toplaşmağa başlayıb.
Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində Şotlandiyada "Aberdin"i 3-1 hesablı məğlubiyyətə uğratmaqla yeni turnirin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub.

