"Belə vəhşilik olar?" - "İmarət"i ziyarət edən "Neftçi"li: FOTOLAR

13 Avqust 2021 14:00 Azarkeş 1 363
"Belə vəhşilik olar?" - "İmarət"i ziyarət edən "Neftçi"li: FOTOLAR

Vuqar Rəcəbzadəni uzun illərdir tanıyıram.

Tək mən yox, onu futbol camiəsində əksəriyyət sadiq "Neftçi" fanatı kimi tanıyır.

Vüqarın özəlliyi ondadır ki, avrokuboklarda əzəli rəqib olan "Qarabağ"a görə uzaq səfərlərə belə gedib, könül candan təmsilçimizə dəstək olub.

Vüqar bu dəfə "Qarabağ"ın "İmarət"inə qonaq gedib. Rəcəbzadə tarixi stadiona olan səfərilə bağlı təssuratlarını Sportinfo.az-la bölüşüb.

Sitat: "Əvvəldə "İmarət"ə gəldiyin üçün sevinirsən. Amma sonra baş verən dağıntıları, vəhşilikləri görüncə insanda qəzəb, nifrət, kin və gözdə yaş əmələ gəlir.

Belə vəhşiliklərmi olar? Bunu gözlə görmək lazımdır. Sevinc bir yandan, qəhər bir yandan.

Ancaq "İmarət"i ziyarət etmək çox möhtəşəm hissdir. Əsgərlərimiz sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Hər birinə minnətdaram. Ki, bizə bu hissləri yaşatdılar".

O, böyük həsrətlə doğma komandası olan "Neftçi"nin meydana çıxacağı günü həsrətlə gözlədiyini bildirib:

"İlk təəssurat gözləri yumub "Qarabağ" - "Neftçi" arasında baş tutacaq möhtəşəm oyunu xəyal etmək oldu.

Bir tərəfdə möhtəşəm dəstəyilə "Forza Neftçi", digər tərfdə "İmarət". Bunu Allah bizə 3-5 ilə Allah qismət eləsin.

Ümidvaram ki, həmin oyun da olacaq. Səbirsizliklə gözləyirik".

Xanoğlan Imanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!