AEL-in rəsmi saytı elə paylaşım etdi ki...

6 Avqust 2021 19:20 Azarkeş 1 346
AEL-in rəsmi saytı elə paylaşım etdi ki...

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi AEL klubun rəsmi saytı vasitəsilə dünən matçın sonlarında baş verən insidentlə bağlı açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, Kipr klubu rəsmi "Feysbuk" səhifəsi vasitəsi ilə klub prezidenti, məşqçilər, futbolçuların “AEK Arena”da yerli komandaya dəstək olan 2 minə yaxın azarkeşə təşəkkür etdiyini yazıb.

Bununla yanaşı, baş verən qalmaqalda azarkeşlər yox, dolayısı yolla “Qarabağ”ı günahkar çıxarılıb: “Əldə etdiyimiz gözəl görüntü və ailə mühiti, heç bir halda rəqibin təxribatının tələsinə düşmüş iki azarkeşin hərəkətlərinin kölgəsində qalmamalıdır. Dünənki hadisəni qınayırıq və eyni zamanda bütün azarkeşlərin stadionlarda öz komandalarının qoruyucusu olmağa çağırırıq. Məhz bu yolla komandamız da azarkeşlərin yanında olacaq.

Xatırlatmaq istəyirik ki, bizi qürurlandıran bu komanda heç vaxt təslim olmayan komandadır! Ona görə də Azərbaycana gedəcəyik və növbəti mərhələyə vəsiqə qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq!".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!