"Qarabağ" sabah başlayır

5 Avqust 2021 22:40 Azarkeş 475
"Qarabağ" sabah başlayır

UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – AEL (Kipr) oyunun biletləri sabahdan satışa çıxarılacaq.

Sportinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri: Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılacaq (5-3 azn); İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışda olacaq; Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd edək ki, bir şəxs cəmi üç bilet ala bilər.

Digər Xəbərlər
Xəbər Lenti