"Neftçi" azarkeşləri hazır olsun - biletlər bu tarixdə satışa çıxacaq

1 Avqust 2021 17:20 Azarkeş 775
"Neftçi" azarkeşləri hazır olsun - biletlər bu tarixdə satışa çıxacaq

UEFA Avropa Liqasının III təsnifat mərhələsi "Neftçi” və Finlandiyanın HİK komandaları arasında keçiriləcək ilk oyunun biletləri avqustun 2-də saat 12:00-da satışa çıxarılacaq.

Sportinfo.az klubun rəsmi saytına istinadən məlumatına görə, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri "Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar.

Kassalar saat 21:00-dək işləyəcək.

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – HİK oyunu saat 21:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!