"Sumqayıt"ın oyununa böyük azarkeş marağı - FOTOLAR

29 İyul 2021 19:20 Azarkeş 668
"Sumqayıt"ın oyununa böyük azarkeş marağı - FOTOLAR

Konfrans Liqasının II təsnifat mərhələsinin "Sumqayıt" - "Çukariçki" görüşünə böyük azarkeş marağı var.

Sportinfo.az-ın məlumatına görə, "Sumqayıt" sevərlər oyun üçün stadiona axın edib. Buna baxmayaraq çox sayda azarkeş stadiona keçə bilməyib. Buna səbəb həmin fanatların biletsiz olmasıdır. Girişda dayanan polislərə edilən çox saylı xahişə baxmayaraq cavab birmənalı olaraq "yox" olub.

Oyunun başlamasına 1 saata yaxın müddət qalsa da onlar oyuna buraxılmaq ümidi ilə giriş qapısında gözləməyə davam edirlər.

Pandemiya səbəbindən arenanın cəmi 50% tutumu sayda azarkeşə stadiona girmək icazəsi verilib. Bu isə təxminən 650 nəfər azarkeş deməkdir.

"Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Çukariçki" görüşünün startı 20:00-da veriləcək.

Serbiyada keçirilmiş ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti