"Sumqayıt" sevənlər üçün cəmi 4 saat

26 İyul 2021 21:00 Azarkeş 997
"Sumqayıt" sevənlər üçün cəmi 4 saat

"Sumqayıt" Konfrans Liqasının II təsnifat mərhələsinin "Çukariçki" ilə görüşünün biletlərini bu gün səhər saat 11:00-da satışa çıxarıb.

"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun Sportinfo.az-a verdiyi məlumatına görə, satışa çıxarılan 550 biletin hamısı cəmi 4 saata satılıb.

Oyunun keçiriləcəyi "Kapital Arena"nın tutumu 1326 nəfərlikdir. Pandemiya ilə bağlı bu tutumun 50%-i qədər - 663 nəfərə stadiona buraxılmaq icazəsi verilir.

550 bilet satışa çıxarılıbsa, digər113 bilet isə qonaqlar və futbolçuların ailələri üçün nəzərdə tutulub.

Konfrans Liqasınım II təsnifat mərhələsinin "Sumqayıt" - "Çukariçki" arasındakı cavab görüşünə 29 iyul saat 20:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti