"UEFA-dan "Qarabağ"a qadağa

22 İyul 22:20 Azarkeş 1 664
"UEFA-dan "Qarabağ"a qadağa

Konfrans Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Aşdod" oyunundan öncə yerli azarkeşlər UEFA-nın qadağası ilə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, "Qarabağ"ın ən böyük azarkeş qrupu olan "İmarət Tayfa" yerləşdikləri ikinci sektorda Vətən Müharibəsində şəhid olan qəhrəmanlarla bağlı pankart açmağı planlaşdırıblarmış.

Məsələ ilə bağlı "Qarabağ" rəsmiləri son ana kimi UEFA-dan razılıq almağa çalışsalar da bu istək mümkün olmayıb.

Görüşün başlamasına cəmi 10 dəqiqə qalmış UEFA nümayəndəsi "belə plakatın futbolla heç bir əlaqəsi yoxdur" deyərək qəti şəkildə klub rəsmilərinə rədd cavabı veriblər.

Digər Xəbərlər
Xəbər Lenti