"Forza Neftçi": “Bunu özümüzə borc bilirik”

16 İyul 2021 23:00 Azarkeş 840
"Forza Neftçi": “Bunu özümüzə borc bilirik”

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" görüşündən 2 gün ötsə də, sosial şəbəkələrdə hələ də "Forza Neftçi"nin matçın 44-cü dəqiqəsində çəkilən fotoları müzakirə olunur.

Məhz həmin dəqiqədə azarkeş qrupunda olam hər kəs bir nəfər kimi əsgər salamı verərək Vətən Müharibəsində şəhid olan qəhrəmanları unutmadıqlarını əyani göstərmiş olmuşdular.

"Forza Neftçi"nin rəhbəri Sübhan Əliyev Sportinfo.az-a açqlamasında həmin anlamlı jest haqqında danışıb:

"Tək həmin jest yox, bütün bəstələr və şuarlar öncədən düşünülmüşdü".

Sübhan hər kəs tərəfndən bu addımın alqışlanmasına sevindiklərini bildirib: "İnsanların belə dəyər verməsi xoş oldu. Bizlər də sevindik.

Etdiyimiz işi bəyəndilər. Allah hər kəsdən razı olsun! Amma bunu özümüzə borc bilirik. Bundan da yaxşı şeylər etməliyik. Xalq həmin qəhrəmanları unutmamalıdır.

Hər birinin qarşısında baş əyirik. Şəxsən öz azarkeş qrupumuz adından deyirəm ki, şəhidlərimiz heç vaxt unudulmayacaq. Biz bunun sözünü veririk".

"Neftçi" fanatı bu hərəkətin ənənə halını almasını istəyir: "Çox şad olardıq ki, digər oyunların da 44-cü dəqiqəsində bu ənənə davam edər.

Digər azarkeş qruplarından da bunu gözləyirik. Onların içində də vətən dərdi çəkən qeyrətli oğlanlar var. Biz deməsək də onlar lazım olan hazırlıqları görəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!