Bakı və digər 10 şəhərdə AVRO-2020-ni nə qədər tamaşaçı izləyib?

12 İyul 2021 19:20 Azarkeş 512
Bakı və digər 10 şəhərdə AVRO-2020-ni nə qədər tamaşaçı izləyib?

Avropa çempionatının oyunlarını 11 stadionda ümumilikdə 1 099 688 nəfər izləyib.

Sportinfo.az xəbər verir ki, tamaşaçılardan təqribən yarısı - 450 368 nəfər 15 pley-off qarşılaşmasında iştirak edib. Qalan 649 320 nəfər qrup mərhələsinin 36 görüşünə tamaşa edib.

Ən baxımlı oyun İtaliya - İngiltərə finalı olub. Bu görüşdə Londondakı "Uembli" stadionunun tribunalarında 67 173 tamaşaçı yer alıb. Eyni arenadakı yarımfinal görüşləri də izlənilmə sayı baxımından "ilk 3-lük"də yer alıb.

Avropa çempionatı 11 iyun - 11 iyulda Avropanın 11 şəhərində, o cümlədən, Bakıda keçirilib.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels (1:1), Türkiyə - Uels (0:2), Türkiyə - İsveçrə (1:3), həmçinin 1/4 final mərhələsinin Danimarka - Çexiya (2:1) matçına ev sahibliyi edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı