Operativ Qərargahdan futbol azarkeşlərinə şad xəbər

10 İyul 2021 20:10 Azarkeş 633
Operativ Qərargahdan futbol azarkeşlərinə şad xəbər

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Sportinfo.az xəbər verir ki, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Bu barədə qurumun saytı məlumat yayıb. Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən ilk olaraq, "Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək.

İyulun 14-də "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlanacaq.

İyulun 22-də "Qarabağ" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda "Aşdod" ilə ilk matça çıxacaq. Görüş saat 20:00-da başlanacaq.

"Sumqayıt" eyni mərhələdə Serbiya "Çukariçki"si ilə, "Keşlə" isə Rusiya "Soçi"si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti