Futbolçular bu adamlara bir-bir zəng vurub, Bakıya gətirdilər - FOTOLAR

3 İyul 2021 14:00 Azarkeş 1 191
Futbolçular bu adamlara bir-bir zəng vurub, Bakıya gətirdilər - FOTOLAR

Danimarka millisinin 50 ən sadiq azarkeşi Çexiya ilə Avropa çempionatının 1/4 final oyununu izləmək üçün Bakıya gətirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqı (DBU) qərar qəbul edib.

Fanatlar illərdir yığmaya verdikləri fantastik dəstək qarşılığında bu cür mükafatlandırılıb. Azarkeşlər oyun üçün biletlə təmin olunacaq və futbolçular, DBU əməkdaşları ilə digər rəsmi şəxslərin yer aldığı təyyarə ilə Azərbaycana gəlib.

Ən sadiq fanatların seçimi fan-klubların tərkibindəki fəallıqları və milli komandaya beynəlxalq oyunlarda verdikləri dəstək əsasında aparılıb.

Onlara yığmanın futbolçuları Yoakim Mele, Matias Yörgensen və Martin Braytveyt zəng edərək, Bakıya dəvət ediblər.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlanacaq.







Digər Xəbərlər
Xəbər Lenti