Onları Azərbaycanı gətirmək üçün təyyarə icarəyə götürdü

1 İyul 2021 19:20 Azarkeş 134 955
Onları Azərbaycanı gətirmək üçün təyyarə icarəyə götürdü

Danimarka və Çexiya azarkeşləri Bakıda iki ölkə yığmaları arasında keçiriləcək Avropa çempionatının 1/4 final oyununa xüsusi təyyarələrlə gələcəklər.

Sportinfo.az xəbər verir ki, çexiyalı tərəfdarlardan biri Azərbaycan paytaxtına "fanat təyyarəsi" təşkil etmək qərarına gəlib.

Səfər üçün ilkin qiymət kimi 13 500 (təxminən 1070 manat), son qiymət 16 220 çexiya kronu (təxminən 1 286 manat) müəyyənləşdirib. 150 azarkeşin iyulun 2-də günortadan sonra gələcəyi gözlənilir.

Danimarkanın "Landsholdsrejser" şirkəti isə ölkədən Bakıya 220 nəfəri gətirmək üçün təyyarə icarəyə götürüb. Bundan başqa "Travel Sense" Azərbaycan paytaxtına uçuşlar təşkil edir.

İyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. Matç üçün ən ucuz bilet 60 manat, ən bahalısı isə 250 manatdır.

Digər Xəbərlər
Xəbər Lenti