“Baş məşqçi və komanda adından xahiş edirik: himnə hörmətlə yanaşın”

18 İyun 2021 18:10 Azarkeş 1 371
“Baş məşqçi və komanda adından xahiş edirik: himnə hörmətlə yanaşın”

İngiltərə Futbol Assosiasiyası (FA) milli komandanın azarkeşlərinə müraciət edib.

Sportinfo.az xəbər verir ki, qurum II turun Şotlandiya ilə bugünkü qarşılaşmasında rəqibin himnini fitə basmamağı, hörmətlə yanaşmağı xahiş edib.

Londondakı “Uembli” stadionunda baş tutacaq görüş ərəfəsində azarkeşlərə xatırladılıb ki, FİFA 1872-ci ildə keçirilən İngiltərə - Şotlandiya matçını futbol tarixinin ilk beynəlxalq oyunu kimi tanıyır:

“Baş məşqçi və komanda adından xahiş edirik ki, İngiltərəni oyundan əvvəl, gedişində və sonra düzgün qaydada dəstəkləyin.

Bu, matçdan öncə himnlərə hörmətlə yanaşmağı da özündə əks etdirir. Biz evdə oynayırıq və komandanı tam dəstəkləyəcək azarkeşlər lazımdır”.

İngiltərə tərəfi Şotlandiyaya da həmrəylik jesti üçün təşəkkür edib. Belə ki, Çexiya ilə ilk görüşündən öncə diz çökməyən şotlandiyalılar İngiltərə ilə qarşılaşmada rəqiblə birlikdə bu aksiyaya qoşulmağa razılıq verib.

İngiltərə - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti