AVRO-2020-nin finalına nə qədər azarkeş buraxılacaq?

15 İyun 2021 09:50 Azarkeş 439
AVRO-2020-nin finalına nə qədər azarkeş buraxılacaq?

Avropa çempionatının yarımfinal və final oyunlarında iştirak edəcək azarkeş sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda "Uembli" stadionundakı matçlara 45 min fanat qatıla biləcək.

Buna səbəb İngiltərədə koronavirusa görə məhdudiyyətlərin azaldılmasıdır. 90 min azarkeş tutuma malik "Uembli"də hazırda D qrupunun görüşləri keçirilir və qarşılaşmalarda 22 min 500 tərəfdarın iştirakına icazə verilib.

AVRO-2020-də yarımfinal görüşləri iyulun 6-7-də, final isə iyulun 11-də gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti