Bakıya, görün, kimlər gəlib: "Bunu gözləmirdim" - VİDEO

13 İyun 2021 10:40 Azarkeş 4 782
Bakıya, görün, kimlər gəlib: "Bunu gözləmirdim" - VİDEO

Azərbaycan paytaxtı AVRO-2020 keçirildiyi 11 şəhərdən biridir.

Sportinfo.az xəbər verir ki, bu məqsədlə paytaxtımıza xeyli sayda turist axın edib.

Biz də onların Bakı haqda təəssüratlarını öyrənməyə gəlmişik. İsveçrə azarkeşi olan Julius Andreu bir həftədir ki, Bakıdadır.

O deyir ki, buradakı futbol sevgisi eynən Avropa ölkələrində olduğu kimidir: "Bakı çox gözəl şəhərdir. Mən hələ də buranı kəşf etməyə çalışıram.

Dünəndən buradakı tarixi abidələri, görməli yerləri gəzirəm. Düşünürəm ki, futbol üzrə Avropa çempionatını keçirməyə ən layiqli şəhər elə Bakıdır.

Azərbaycanlılar çox mehriban və qonaqpərvər insanlardır. Düşünürəm ki, mən gələcəkdə burada yaşaya da bilərəm".

Frank Toppets isə deyir ki, Bakıdakı oyunları izləmək üçün Belçikadan min kilometrlərlə yol qət edib və Bakıdakı istirahəti onun yol yorğunluğunu canından çıxarıb: "Gün ərzində şəhəri kəşf etməyə çalışdım. Qafqazın digər ölkələrində olmuşam. Birinci dəfədir Azərbaycanda, Bakıda oluram. Sözün açığı, Bakının bu qədər müasir bir şəhər olduğundan xəbərsiz idim. Bura möcüzələr aləmidir sanki. Düşünürəm ki, AVRO-2020 bitəndən sonra burada bir neçə gün qalacam ki, şəhəri tam olaraq gəzim. Çünki vaxt azdır. Bir həftə ərzində Bakı kimi tarixi şəhərin hər guşəsini gəzmək mümkünsüzdür".

Oyun günü Bakı Olimpiya Stadionunun ətrafında da qələbəlik müşahidə olunur. Şotlandiyadan Uels millisinin oyunlarını canlı olaraq izləmək üçün paytaxtımıza gələn Ceyms Simpson isə deyir ki, Bakı şəhəri Uels millisinə düşərli olacaq: "Çox gözəl şəhəriniz var. Buradakı ab-hava məni valeh etdi. Bakı haqda dostlarımdan çox eşitmişdim, amma bu qədərini gözləmirdim. Bu məkan həm tarixi, həm də müasirliyi özündə ehtiva edir. Ona görə də düşünürəm ki, AVRO-2020-yə ev sahibliyi etmək üçün paytaxtınız ən ideal məkanlardan biridir. İnanıram ki, azarkeşi olduğum Uels millisi Bakıdakı oyunlarında qələbələr qazanacaq".

İtaliya, Uels, İsveçrə və qardaş Türkiyənin milli komandalarının qərarlaşdığı A qrupunda baş tutacaq 3 görüş və AVRO 2020-nin 1/4 final mərhələsinin 1 qarşılaşması paytaxtımızda keçiriləcək (APA TV).

Digər Xəbərlər
Xəbər Lenti