AFFA-dan açıqlama: “UEFA-nın tələbi belədir ki…"

12 İyun 2021 16:10 Azarkeş 820
AFFA-dan açıqlama: “UEFA-nın tələbi belədir ki…"

Bu gün Uels və İsveçrə yığmaları arasında Bakıda keçiriləcək AVRO-2020-nin A qrupunun oyununa 16 mindən çox bilet satılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, satılan biletlərin sayı çox olsa da, Bakı Olimpiya Stadionundakı (BOS) qarşılaşmada təqribən 12-13 min tərəfdarın iştirakı gözlənilir:

"Bu, pandemiya ilə bağlı səyahət məhdudiyyətlərindən qaynaqlanır. Bilet alan azarkeşlərdən kimlərsə Azərbaycana gəlməyə bilər".

Milli assosiasiya rəsmisi bildirib ki, matçın start fitindən öncə qısa açılış mərasimi nəzərdə tutulub:

"Amma detallar barədə məlumat verə bilmərik. Çünki UEFA-nın tələbi belədir".

Görüş saat 17:00-da başlayacaq. BOS həmçinin A qrupunun Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!