Bakıda azarkeşləri BOS-a bu avtobuslar daşıyacaq

12 İyun 2021 15:50 Azarkeş 417
Bakıda azarkeşləri BOS-a bu avtobuslar daşıyacaq

Sportinfo.az xəbər verir ki, Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi X1, X2, P21 və P22 ekspres xətləri üzrə daşımalar başlayıb.

BNA-dan verilən məlumata görə, bundan əvvəl isə tibbi müayinədən keçən sürücülərə həmçinin təhlükəsizlik və vəzifələrinə dair təlimatlar verilib.

Təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionu istiqamətində daşımalar oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyundan sonra azarkeşlər Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından geriyə daşınacaq.

Ekspres xətlərin keçdiyi yollarda nəqliyyat vasitələrin fasiləsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.

Digər Xəbərlər
Xəbər Lenti