Türkiyənin Bakıdakı oyunlarına nə qədər satış olub?

8 İyun 2021 13:40 Azarkeş 951
Türkiyənin Bakıdakı oyunlarına nə qədər satış olub?

Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 4 oyun üçün 44 min bilet alınıb.

"Bunlardan 6 mini İsveçrə - Uels, 18 mini Türkiyə - Uels, digər 20 mini isə Türkiyə - İsveçrə və 1/4 matçı üçün satılıb.

AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oyunlar müvafiq olaraq iyunun 12-də, iyunun 16-da, iyunun 20-də və iyulun 3-də gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti