Komandamızın Xorvatiya ilə matçına təyinatlar - Moldova və Estoniyadan

11 Yanvar 2025 03:20 Futzal 1 873
Komandamızın Xorvatiya ilə matçına təyinatlar - Moldova və Estoniyadan

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsində Azərbaycan millisinin Xorvatiya yığması ilə qarşılaşacağı görüşün hakim təyinatları açıqlanıb.

Sportinfo.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 31-də Pula şəhərində keçiriləcək görüşü Moldova və Estoniyadan olan hakimlər idarə edəcək.

Qarşılaşmada birinci hakim kimi Viktor Buqenko (Moldova) fəaliyyət göstərəcək.

Digər hakimlər isə estoniyalı Qriqori Oşomkov və Yaqnar Yakobson olacaq. Matçın UEFA nümayəndəsi Stefan Kammerer (Almaniya) təyin edilib.

"Mate Parlov"da keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...