Avropalı ulduzlar bakılı sahibkarlara nə qədər pul qazandıracaq?

20 Fevral 2020 00:42 AÇ-2020 714
Avropalı ulduzlar bakılı sahibkarlara nə qədər pul qazandıracaq?

“Avro-2020”nin qarşılaşmalarını izləməyə gələcək azarkeşlər ötən il Avropa Liqasının finalı ilə müqayisədə Bakıda üç gün yox, azı on gün qalacaqlar. Bu, sahibkarlar üçün əlavə fürsətdir.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda keçirilən tədbirdə “Avro-2020”nin Bakı şəhəri üzrə layihə koordinatoru Kamran Vəliyev deyib.

K.Vəliyev qeyd edib ki, sahibkarlar üçün müxtəlif tenderlər elan olunacaq. Tenderlər AFFA-nın və UEFA-nın saytları vasitəsilə ictimaiyyətə çatdırılacaq. Sahibkarlar həmin məlumatlarla yaxın vaxtlarda tanış ola biləcəklər.

Avro-2020”nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels-İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə-Türkiyə matçları ölkəmizdə təşkil olunacaq. Bundan başqa, iyulun 4-də Bakıda dörddəbir final mərhələsinin bir oyunu baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti