Elxan Məmmədov 111 mindən danışdı: "Artıq iki ildir ki..."

12 Fevral 2020 15:28 AÇ-2020 1 198
Elxan Məmmədov 111 mindən danışdı: "Artıq iki ildir ki..."

Avropa çempionatının final mərhələsi ilk və son dəfə fərqli formatda – 12 şəhərdə olacaq. Bu da UEFA-nın 60 illiyi ilə əlaqədar idi”.

Sportinfo.az xəbər verir ki, bunu Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransdakı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi bu ilin iyun ayında ölkəmizdə keçiriləcək AVRO-2020-nin qrup mərhələsinin 3 oyununun faydalarından bəhs edib:

“UEFA AVRO-2020-nin təşkilatçılığı məsələsində Şimali Qərb və Mərkəzi Avropaya fokuslanmışdı. Lakin dövlətimizin dəstəyi ilə təşəbbüsümüz çox güclü oldu.

UEFA da bu bölgəni Bakı şəhərinin təmsil etməsini qərara aldı. Burada UEFA üçün də böyük çağırış var idi. Çünki turniri 30 gün ərzində 12 şəhərdə keçirmək çox çətindir. Bu üzdən də yerli

Təşkilat Komitəsinin üzərinə böyük iş düşür. Artıq iki ildir ki, hazırlıq aparırıq. Əsas odur ki, əvvəlki təcrübələrimizdən burada da istifadə edək.

İnfrastruktur hazırdır. Digər şəhərlərlə müqayisədə bizdə bu baxımdan hər şey hazır idi. Artıq xarici vətəndaşlar tərəfindən 111 min bilet alınıb”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!