Məşhur adam başına saç əkdirib, Bakıya gəlir - FOTOLAR

20 Yanvar 2020 09:28 AÇ-2020 1 596
Məşhur adam başına saç əkdirib, Bakıya gəlir - FOTOLAR

Uels millisinin baş məşqçisi Rayan Giqqz xarici görünüşündə dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis İngiltərədə klinikaların birində saç əkdirib.

O, “The Suna”a açıqlamasında bildirib ki, hələ “Mançester Yunayted”də çıxış edərkən saçları tökülməyə başlayıb. Giqqz futbolun çox stresli oyun növü olduğunu və saçlarının da bu səbəbdən töküldüyünü bildirib.

Uels millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etməsi Rayan Giqqzə əlavə bonus qazandırıb. Uels Futbol Assosiasiyası çalışdırıcını mükafatlandırıb.

Komandanın AVRO-2020-yə yollanması Giqqzin 400 min funt-sterlinq mükafat almasına səbəb olub. Qitə birinciliyinin hər bir iştirakçısına UEFA 8 milyon funt-sterlinq ayırıb. Uelslilər həmin məbləğin üçdə iki hissəsini oyunçular və yığmada işləyənlər arasında bölüşdürəcək.

Uels millisi A qrupuna İtaliya, İsveçrə və Türkiyə ilə mübarizə aparacaq. Britaniyalılar italyanlarla Romada, digər rəqibləri ilə Bakıda üz-üzə gələcək.





Digər Xəbərlər
Xəbər Lenti