“Bizdən başqa heç kim Azərbaycana getmək istəmirdi“ - VİDEO

12 Yanvar 2020 11:06 AÇ-2020 1 174
“Bizdən başqa heç kim Azərbaycana getmək istəmirdi“ - VİDEO

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “A Spor” kanalının qonağı olub. Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis AÇ-2020 barədə danışıb.

“Bilirsiz ki, olduqca çətin qrupda mübarizə aparacağıq. İlk oyunumuz Romada İtaliyaya qarşı olacaq. Digər görüşlər isə Azərbaycanda keçiriləcək.

Bu yaxınlarda Bakıda oldum. Orada bizə qarşı çox isti münasibət var idi. Ola bilsin ki, Antalya və ya Alanya şəhərində Azərbaycanla yoxlama oyunu keçirdik” - deyə, o, bildirib.

Türkiyə millisi İtaliya, Uels və İsveçrə ilə eyni qrupda yer alıb. “Ay-ulduzlular” Uels və İsveçrə qarşılaşmalarını Bakıda oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?