Almaniyadan tarixi rekord

17 Noyabr 2019 15:59 AÇ-2020 1 027
Almaniyadan tarixi rekord

Tarixində 3 dəfə Avropa çempionu (1972, 1980 və 1996) adını qazanan və 13 ildir Yoahim Lövün baş məşqçisi olduğu Almaniya millisi yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, bundestim buna AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaqla nail olub.

Dünən qrupda Belarusu darmadağın (4:0) edən Almaniya millisi tarixində 13-cü dəfə qitə çempionatının əsas raunduna çıxmaqla bu sayı 13-ə çatdırıb. Qərbi Avropa ölkəsi 37 il əvvəldən - 1972-ci ildən bu yana keçirilmiş bütün Avropa çempionatlarının final mərhələlərində iştirak ediblər.

1972, 1980 və 1996-cı illərdə Avropa çempionatının qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti