Azərbaycanla oyunu buraxacaq - Slovakiya millisində itki

17 Noyabr 2019 13:55 AÇ-2020 601
Azərbaycanla oyunu buraxacaq - Slovakiya millisində itki

AÇ-2020-nin seçmə qrup mərhələsinin son oyunu çərçivəsində Azərbaycanı qəbul edəcək Slovakiya yığması itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, dünən qrupun Xorvatiya ilə səfər görüşünün 66-cı dəqiqəsində qırmızı vərəqə alan Robert Mak yığmamızla qarşılaşmanı buraxacaq.

Riekada keçirilən dueldə dünya ikincilərinə 1:3 hesabı ilə məğlub olan Pavel Hapalın komandası qitə çempionatının final mərhələsinə yollanmaq üçün mütləq Azərbaycana qalib gəlməli, eyni zamanda Uels - Macarıstan görüşünün nəticəsini gözləməlidir.

Slovakiya - Azərbaycan matçı noyabrın 19-da Trnava şəhərində, Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti