Seçmə mərhələnin son turu başlayır - AVRO-2020

17 Noyabr 2019 11:12 AÇ-2020 793
Seçmə mərhələnin son turu başlayır - AVRO-2020

AVRO-2020-nin seçmə mərhələsində bu axşam son turun oyunlarına start veriləcək. Sportinfo.az xəbər verir ki, A, B və H qruplarında bu gün ümumilikdə 8 oyun keçiriləcək.

Bu qrupların ikisində bütün suallara aydınlıq gəlib. Yalnız B qrupunda 2-ci vəsiqənin taleyi bu axşam müəyyənləşəcək. Portuqaliya səfərdə Lüksemburqa qalib gələcəyi halda AVRO-2020-yə vəsiqəni təmin edəcək. Əgər Lüksemburq sensasiya edərək portuqallardan xal və ya xallar alarsa, o zaman digər görüşdə qrup lideri, artıq final mərhələsinə vəsiqə qazanmış Ukraynanın Serbiyaya uduzmaması Ronaldonun komandasının işinə yaracaq.

H qrupunda ötən tur AVRO-2020-yə vəsiqəni rəsmiləşdirən Türkiyə millisi səfərdə zəif Andorranın qonağı olacaq.

AÇ-2020, seçmə mərhələ, 10-cu tur

17 noyabr

A qrupu

21:00 Bolqarıstan – Çexiya
21:00 Kosovo – İngiltərə

1 İngiltərə 7 6 0 1 33-6 18
2 Çexiya 7 5 0 2 13-10 15
3 Kosovo 7 3 2 2 13-12 11
4 Monteneqro 8 0 3 5 3-21 3
5 Bolqarıstan 7 0 3 4 5-17 3

B qrupu

18:00 Lüksemburq – Portuqaliya
18:00 Serbiya – Ukrayna

1 Ukrayna 7 6 1 0 15-2 19
2 Portuqaliya 7 4 2 1 20-6 14
3 Serbiya 7 4 1 2 15-15 13
4 Lüksemburq 7 1 1 5 7-14 4
5 Litva 8 0 1 7 5-25 1

H qrupu

23:45 Andorra – Türkiyə
23:45 Albaniya – Fransa
23:45 Moldova – İslandiya

1 Fransa 9 7 1 1 23-6 22
2 Türkiyə 9 6 2 1 16-3 20
3 İslandiya 9 5 1 3 12-10 16
4 Albaniya 9 4 1 4 16-12 13
5 Andorra 9 1 1 7 3-18 4
6 Moldova 9 1 0 8 3-24 3
Digər Xəbərlər
Xəbər Lenti