"Ən yaxşı halda Uelslə bərabərə qala bilərik"

16 Noyabr 2019 19:28 AÇ-2020 671
"Ən yaxşı halda Uelslə bərabərə qala bilərik"

“Uelsdən xal almaq? Futbolda hər şey mümkündür” - bu sözləri Sportinfo.az-a açıqlamasında milli komandamızın sabiq üzvü Aslan Kərimov deyib.

O, bu gün millimizin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirəcəyi oyun haqda danışıb. Kərimov millimizin Uelsə qalib gəlməsinin çətin göründüyünü söyləyib: “Uels millisi üçün Bakıda xal itirsə, qrupdan çıxmaq şanslarının üstündən xətt çəkmiş olacaq. Biz isə evdə oynayırıq. Bilirsiz, evdə lap qapalı oynamaq da mümkün olmur. Uelsin heyətində yer alan oyunçular sıradan biri deyillər. İstədikləri an oyunu öz tərəflərinə yönəldib, qol vurmağı bacaran oyunçulardır. Bütün bunları nəzərə alası olsaq, Uelsdən xal almağın çətin olduğu görünür. Amma mən ən yaxşı halda rəqiblə bərabərə qala biləcəyimizi düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!