Prosineçki italyanlara rekordu yeniləməyə "kömək" etdi

16 Noyabr 2019 12:08 AÇ-2020 513
Prosineçki italyanlara rekordu yeniləməyə "kömək" etdi

İtaliya milli komandası 1939 və 1963-cü illərdəki rekordlarını yeniləyib.

Sportinfo.az xəbər verir ki, Roberto Mançininin rəhbərlik etdiyi yığma buna ardıcıl 10-cu qələbəsini qazanmaqla nail olub.

AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Zenitsa şəhərində Bosniya və Herseqovinaya 3:0 hesabı ilə qalib gələn "skuadra azzura" 80 il əvvəl Vitorio Possoya məxsus 9 oyunluq ardıcıl qələbə rekordunu qırıb, say 10-a çatıb.

Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı komanda üzərindəki qələbə italyanların 1963-cü ildəki 5 oyunluq səfər seriyasından sonra ardıcıl 6-cı belə uğuru olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!