Millimiz Uelsə evdə də uduzdu - YENİLƏNİB

16 Noyabr 2019 22:54 AÇ-2020 918
Millimiz Uelsə evdə də uduzdu - YENİLƏNİB

Bu gün AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində növbəti görüşlər keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması da cari qrup və ildə son rəsmi ev oyununa çıxıb.

Heç bir iddiası olmayan Nikola Yurçeviçin rəhbərlik etdiyi milli komandamız doğma publika qarşısında qitə çempionatına yollanmaq istəyən Uelsi qəbul edib. Bu, əsas yığmalar çərçivəsində 8-ci duel olub. Yığmamız evdə də rəqibinə uduzub - 0:2.

İndiyə qədər baş tutmuş qarşılaşmalarda üstünlük, təbii ki, britaniyalıların tərəfində idi. Uelsə heç vaxt qalib gələ bilməyən Azərbaycanın Rayan Giqqzin rəhbərlik etdiyi komanda qarşısında yalnız 1 heç-heçəsi var idi. Uzaq 2004-cü ilin sentyabrında qeydə alınan 1:1 hesablı bərabərlik xaric, 3 xala həmişə həsrət qalan milli cari seçmə qrupun ilk oyununda da rəqibə yenilib - 1:2.

Qrupun digər matçında isə lider Xorvatiya evdə Slovakiya ilə üz-üzə gələcək.

AÇ-2020. Seçmə qrup mərhələsi. E qrupu. 7-ci tur

21:00 Azərbaycan - Uels - 0:2

Qollar: Kiffer Mur, 10, Harri Uilson, 35

Baş hakim: Dəniz Aytəkin

Yan xətt hakimləri: Eduard Beytinger, Rafael Foltin

Dördüncü hakim: Kristian Dingert (hakimlər briqadası Almaniyanı təmsil edir)

Bakı, “Bakcell Arena”.

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 8. Emin Mahmudov, 9. Vüsal İsgəndərli, 10. Ağabala Ramazanov, 14. Elvin Camalov, 15. Şəhriyar Əliyev, 16. Abbas Hüseynov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov.

Baş məşqçi: Nikola Yurçeviç.

Uels: 1. Ueyn Hennessi, 4. Ben Deyvis, 5. Kris Mefam, 7. Harri Uilson, 11. Qaret Beyl (k), 13. Kiffer Mur, 14. Konnor Roberts, 15. İtan Ampadu, 16. Tom Lokayer, 18. Co Morrell, 20. Daniel Ceyms.

Ehtiyat oyunçular: 12. Adam Deyvis, 21. Tom Kinq, 2. Kris Qanter, 3. Ceyms Lourens, 6. Eşli Uilyams, 8. Mettyu Smit, 9. Sem Vouks, 10. Aaron Remzi, 17. Dilan Levitt, 19. Tayler Roberts, 22. Rabbi Matondo, 23. Uill Uolks.

Baş məşqçi: Rayan Giqqz.

1 Xorvatiya 7 4 2 1 14-6 14
2 Macarıstan 7 4 0 3 8-9 12
3 Uels 7 3 2 2 8-6 11
4 Slovakiya 6 2 1 2 10-8 10
5 AZƏRBAYCAN 7 0 1 6 5-16 1

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"