Löv: "Almaniya AÇ-2020-nin favoriti olmayacaq"

15 Noyabr 2019 22:50 AÇ-2020 680
Löv: "Almaniya AÇ-2020-nin favoriti olmayacaq"

Almaniya millisinin baş məşqçisi Yoahim Lövün fikirincə, komandası AÇ-2020-nin əsas favoritlərindən olmayacaq.

Sportinfo.az "Goal"-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəsis bir çox futbolçuların hələ inkişaf etməli olduqlarını deyib:

"Hazırda bizim çox istedadlı, potensiallı böyük uğurlara "ac" komandamız var. Ancaq biz favoritlər sırasında olmayacağıq. Bunun üçün bir çox futbolçular öz üzərilərində işləməlidirlər. İstədiyimiz də budur

İngiltərə və Fransa yığmaları illərdir, eyni heyətlə çıxış edirlər. Hələ Niderlandla İspaniya da var. Avropa çempionatında qələbə uğrunda mübarizə aparmaq çox çətin olacaq. Ancaq bizim uşaqlar həqiqətən yaxşıdırlar, onların potensialı var".

Digər Xəbərlər
Xəbər Lenti