"Səbail"in futbolçusu dünya çempionlarına qarşı oynadı

15 Noyabr 2019 11:14 AÇ-2020 701
"Səbail"in futbolçusu dünya çempionlarına qarşı oynadı

AVRO-2020-nin seçmə mərhələsində ötən axşam keçirilən Fransa-Moldova qarşılaşmasında ikincilərin heyətində "Səbail"in legioneri Yevgeni Koçuk da çıxış edib.

Sportinfo.az xəbər verir ki, start heyətdə meydana çıxan Koçuk bütün oyunu əvəzlənmədən keçirib. Moldovanlar son dünya çempionlaır ilə dueldə 9-cu dəqiqədə hesabı açaraq "Stad de Frans"a toplaşan 70 min azarkeşi şoka salıb.

Fransızlar 35-ci dəqiqədə hesabı bərabərləşdirsələr də, qələbə qolunu xeyli gec - 79-cu dəqiqədən Olivye Jirunun penalti zərbəsi ilə vurublar. Bu qələbə ilə Fransa AVRO-2020-yə vəsiqəni təmin edib. Moldova millisi isə əvvəlkitək 3 xalla seçmə qrupda sonuncu yerdədir.

"Səbail"in moldovalı legioneri Yevgeni Koçuk milli komandanın əvvəlki baş məşqçisi Semyon Altmanla yola getmədiyi üçün özbaşına yığmanın düşərgəsini tərk etmişdi. Yeni baş məşqçi - türkiyəli Engin Firat isə Koçukun bu hərəkətini bağışlayaraq onu yenidən milliyə qaytarıb.

Digər Xəbərlər
Xəbər Lenti