Daha 8 oyun: Buxarestdə "ölüm-dirim" matçı - AVRO-2020

15 Noyabr 2019 10:40 AÇ-2020 652
Daha 8 oyun: Buxarestdə "ölüm-dirim" matçı - AVRO-2020

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində bu axşam IX turun daha 8 oyunu keçiriləcək. Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 3 qrupda görüşlər keçiriləcək.

D qrupunda Danimarka Cəbəllütariqi, İsveçrə isə Gürcüstanı qəbul edəcək. Danimarka və İsveçrə rəqiblərini məğlub etməklə mərhələ şanslarını son tura saxlayacaq. Danimarka qalib gəlsə, İsveçrə isə Gürcüstanıa uduzarsa, şimali avropalılar AVRO-2020-yə vəsiqəni təmin edə bilər.

F qrupunda 3 qarşılaşma keçiriləcək. Mərhələni öncədən təmin etmiş İspaniya heç bir iddiası olmayan Malta ilə qarşılaşacaq. Norveç Farar adaları ilə, Rumıniya isə İsveçlə üz-üzə gələcək. Buxarestdə baş tutacaq matç "ölüm-dirim" xarakteri daşıyacaq. İsveç qələbə qazansa, final mərhələsinə yüksələcək. Rumıniyanın qələbəsi isə bütün sualların cavabını son tura saxlayacaq.

J qrupunda İtaliya Bosniya və Herseqovinanın qonağı olacaq. Roberto Mançininn rəhbərlik etdiyi komanda vəsiqəni təmin edib, meydan sahibləri isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını böyük ölçüdə itirib. Ermənistan Yunanıstanı, Finlandiya isə Lixtenşteyni qəbul edəcək. Finlandiya doğma azarkeşlər önündə zəif rəqibini üstələsə, digər matçların nəticələrindən asılı olmayaraq, tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək.

AVRO-2020

Seçmə mərhələ, IX tur

15 noyabr

D qrupu

23:45. Danimarka - Cəbəllütariq

23:45. İsveçrə - Gürcüstan

Xal durumu: İrlandiya – 12 xal (7 oyuna), Danimarka - 12 (6), İsveçrə - 11 (6), Gürcüstan – 8 (7), Cəbəllütariq – 0 (6).

F qrupu

21:00. Norveç - Farer Adaları

23:45. Rumıniya - İsveç

23:45. İspaniya - Malta

Xal durumu: İspaniya – 20 xal (8 oyuna), İsveç - 15 (8), Rumıniya – 14 (8), Norveç - 11 (8), Farer adaları - 3 (8), Malta - 3 (8).

J qrupu

21:00. Ermənistan - Yunanıstan

21:00. Finlandiya - Lixtenşteyn

23:45. Bosniya və Herseqovina - İtaliya

Xal durumu: İtaliya – 24 (8 oyuna), Finlandiya – 15 (8), Ermənistan - 10 (8), Bosniya və Herseqovina – 10 (8), Yunanıstan – 8 (8), Lixtenşteyn – 2 (8).

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi