Uels itirə-itirə gəlir - Daha 2 oyunçu Bakıda olmayacaq

15 Noyabr 2019 10:19 AÇ-2020 712
Uels itirə-itirə gəlir - Daha 2 oyunçu Bakıda olmayacaq

AVRO-2020-nin seçmə mərhələsində milli komandamızla qarşılaşmaq üçün bu gün Bakıya gələcək Uels yığmasında heyətlə bağlı növbəti problem yaranıb.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz seçmə mərhələnin Azərbaycan və Macarıstanla qarşılaşmalarında daha iki futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Bunlar "Derbi"nin hücumçusu Tom Laurens və "Lester"in qapıçısı Denni Uorddur. Onların hər ikisinin adı iştirak ərizəsindən çıxarılıb. Laurens səhhətində problem yarandığı üçün Bakıya gətirilməyəcək, qapıçı isə şəxsi işləri ilə əlaqədar məşqçilər korpusundan icazə alıb.

Bir neçə gün əvvəl "Aston Villa"nın müdafiəçisi Neyl Teylor da şəxsi işlərinə görə heyətdən çıxarılmışdı. "Suonsi"nin müdafiəçisi Co Rodan isə əməliyyat olunduğu üçün Bakıya gələn heyətdə olmayacaq.

Sabah milli komandamızın qonağı olacaq Uels yığması noyabrın 19-da öz meydanında Macarıstanla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"