"Xəyallarımızı gerçəkləşdirə bilərik" - Bizi udmaq istəyirlər

15 Noyabr 2019 00:28 AÇ-2020 539
"Xəyallarımızı gerçəkləşdirə bilərik" - Bizi udmaq istəyirlər

"Xorvatiya ilə oyun çox çətin olacaq. Ancaq hər şeyə meydanda aydınlıq gələcək". Sportinfo.az xəbər verir ki, bunu Slovakiya yığmasının hücumçusu Robert Bojenik deyib.

Gənc forvard yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində keçirəcəkləri son oyunlara münasibət bildirib. 20 yaşlı oyunçu həm Xorvatiya, həm də Azərbaycanla görüşdə qələbəni hədəflədiklərini söyləyib:

"Son oyunlara yaxşı hazırlaşmışıq. Bizdən gözləntilərin olduğunu bilirik. İlk növbədə Xorvatiya ilə matçdan qələbə ilə ayrılmalıyıq. Ümumilikdə iki həlledici oyun bizi gözləyir. Xəyallarımızı gerçəkləşdirə bilərik".

Noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"