"AÇ-2020-dəki oyunlarımızı Bakıda keçirsək, əla olar"

14 Noyabr 2019 18:17 AÇ-2020 1 031
"AÇ-2020-dəki oyunlarımızı Bakıda keçirsək, əla olar"

"AVRO-2020-nin 4 oyunu Bakıda keçiriləcək və yaxşı olardı ki, bizim matçları ora salsınlar" - Sportinfo.az-ın məlumatına görə, bu fikirlər Türkiyənin "A Spor" kanalında yayımlanan "Maksimum futbol" verlişində səslənib.

Bu gün AVRO-2020-nin seçmə mərhələsində IX tura start veriləcək. İlk olaraq A, B və H qruplarında oyunlar baş tutacaq. Keçiriləcək 7 qarşılaşma final mərhələsinə 5 vəsiqənin sahibini müəyyənləşdirə bilər. Türkiyə yığması bunun üçün 1 xal qazanmalıdır.

H qrupunun lideri olan Şenol Günəşin komandası İslandiyaya uduzmasa, 12 ölkədə keçiriləcək AVRO-2020-yə vəsiqəni rəsmiləşdirəcək. Əks halda, “ay-ulduzlular”ın taleyinə son turda aydınlıq gələcək.

İslandiya qalib gəlməsə, təkcə Türkiyə deyil, Fransa da final mərhələsinə yüksələcək. Əgər şimallılar 3 xal qazansalar, son dünya çempionları Moldova üzərində qələbə ilə AVRO-2020-yə bileti sifariş edə bilərlər.

Türkiyəli həmkarlarımız UEFA-nın onların yolunu Azərbaycandan salacağına inanır: "Belə olsa, böyük üstünlük qazanacağıq. Azərbaycanlılar da bizdən biridir. Bakıda inanılmaz dəstək alacağıq. Bu da komandamız üçün çox vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!