"Bakıdakı məğlubiyyət hər şeyin sonu ola bilər"

14 Noyabr 2019 15:14 AÇ-2020 608
"Bakıdakı məğlubiyyət hər şeyin sonu ola bilər"

Britaniya mətbuatı Uels yığmasının AÇ-2020-yə vəsiqə qazanmaq şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, araşdırma aparan BBC kanalı britaniyalıların noyabrın 16-da Bakıda mütləq qələbə qazanmalı olduqlarını qabardıblar.

"Uels millisi hazırda qrupda 4-cü pillədə qərarlaşsa da, Avropa çempionatının final mərhələsində iştirak şansları var. Onlar öncə səfərdə Azərbaycana, 3 gün sonra isə evdə Macarıstana qalib gəlməlidirlər. Bundan sonra Rayan Giqqzin baş məşqçisi olduğu komanda ümid etməlidir ki, Slovakiya lider Xorvatiya və ya Azərbaycanla görüşlərin birində xal itirsin. Yalnız Uelsin özünün Bakıda məğlubiyyəti hər şeyin sonu ola bilər".

Digər Xəbərlər
Xəbər Lenti