AÇ-2020-də iştirak edəcək millilər nə qədər qazanacaq?

14 Noyabr 2019 13:43 AÇ-2020 592
AÇ-2020-də iştirak edəcək millilər nə qədər qazanacaq?

UEFA AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanacaq milli komandalar üçün ümumilikdə 371 milyon avro pul ayırıb.

Sportinfo.az xəbər verir ki, bu məbləğ 2016-ci ildə keçirilmiş qitə birinciliyinin əsas mərhələsində iştirak etmiş yığmalara ayrılmış puldan 70 milyon avro çoxdur.

AÇ-2020-yə vəsiqə qazanacaq komandalar üçün seçmə mərhələdə ən az bonus 9.25 milyon avro olacaq. Qələbə, heç-heçə və final mərhələsinə vəsiqə millilərin büdcəsini xeyli zənginləşdirəcək.

UEFA qrup mərhələsində hər qələbə üçün 1.5 milyon, heç-heçəyə görə isə 750 min avro nəzərdə tutub. 1/8 finala adını yazdıracaq komandalar qazancı daha 2 milyon avro məbləğində artırmaq imkanı əldə edəcəklər.

1/4 finala çıxacaq yığmalar 3.25 milyon, yarımfinalçılar 5 milyon avro qazanacaqlar. Avropa çempionu olacaq kollektiv 10 milyon, ikinci yerin sahibi isə 7 milyon avro mükafat əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti