"İnter"in müdafiəçisi: "Azərbaycanla qarşılaşmaya..."

14 Noyabr 2019 13:01 AÇ-2020 562
"İnter"in müdafiəçisi: "Azərbaycanla qarşılaşmaya..."

"Xorvatiya bizə 4:0 hesabı ilə qalib gələndən sonra Azərbaycanda xal itirdi. Futbolda hər şey mümkündür"- Sportinfo.az xəbər verir ki, bu sözlər Slovakiya millisinin liderlərindən Milan Şkrinyara məxsusdur.

"İnter"in 24 yaşlı mərkəz müdafiəçisi AÇ-2020-nin seçmə mərhələsinin Xorvatiya və Azərbaycanla qarşılaşmaları barədə fikirlərini bölüşüb, qitə birinciliyinə getmək şanslarının yüksək olduğunu deyib.

"Xorvatlara ilk oyunda böyük hesabla məğlub olduq, indi səhvimizi düzəltməliyik. Uelsə qarşı oynadığımızdan da yaxşı çıxış etməliyik. Onlarda Deyan Lovren və Domaqoy Vida kimi futbolçuların olmaması xeyrimizə işləyə bilər. Lakin kimin oynamasının bizim üçün fərqi yoxdur. Bəlkə azarkeşlər bizə güvənmir. Amma komandamızda çox yaxşı futbolçular var. Xorvatiya ilə matç Slovakiya tarixinin ən həlledici oyunlardan biridir. Ümid edirəm ki, sonda sevinən tərəf biz olacağıq. Bu görüşdə qələbə qazanmaqla Azərbaycanla matça da yüksək formada hazırlaşa bilərik".

Pavel Hapalın baş məşqçisi olduğu Slovakiya yığması qarşıdakı duellərin hər ikisini 3 xalla başa vursa, qrupdakı vəziyyətdən asılı olmayaraq, AÇ-2020-yə vəsiqəni lider kimi təmin edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!