"Xorvatiyaya qalib gələk, sonra Azərbaycanı fikirləşərik"

14 Noyabr 2019 12:46 AÇ-2020 526
"Xorvatiyaya qalib gələk, sonra Azərbaycanı fikirləşərik"

Slovakiya milli komandasının yarımmüdafiəçisi Lukaş Haraslin AÇ-2020-nin seçmə qrup oyunları ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumameylli futbolçu Xorvatiya və Azərbaycana qarşı görüşlər barədə fikirlərini bölüşüb.

"Məqsədimiz məlumdur - Avropa çempionatına çıxmaq üçün mübarizə aparırıq. İşin öhdəsindən necə gələ biləcəyimizi də öyrənmişik. Ən birinci şərt qarşıdakı iki görüşə yüksək əhval-ruhiyyədə köklənməkdir. Bizi tam fərqli oyunlar gözləyir. Hər şey ola bilər. çünki qarşılaşacağımız dünya ikincisi Xorvatiya gözlənilmədən Bakıda Azərbaycanla matçda xal itirmişdi. Onlara qalib gələ bilərik, buna çox inanıram. Daha sonra isə Azərbaycan haqda fikirləşəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!