"Tottenhem"in müdafiəçisi: "Azərbaycana qalib gəlməsək..."

13 Noyabr 2019 12:25 AÇ-2020 557
"Tottenhem"in müdafiəçisi: "Azərbaycana qalib gəlməsək..."

"Tottenhem" və Uels yığmasının sol cinah müdafiəçis Ben Devis AÇ-2020-nin Azərbaycanla görüşü barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu millidəki itkiləri xüsusi vurğulayıb, Qaret Beyl və Aaron Remsi kimi futbolçuların yoxluğunun komandaya ziyan olduğunu deyib.

"Əlbəttə, Beyl və Remsi olmasa, bütün komandalar bizə qarşı oynamaq istəyər. Hazırkı komandamızda da 2016-cı ildəki Avropa çempionatında olduğu kimi, istedadlı gənclər var. Azarkeşlərin bizdən böyük gözləntilərinin olduğunu bilirik. İlk növbədə Bakıda Azərbaycana qalib gəlməliyik. Daha sonra Macarıstanı məğlub edərək, final mərhələsinə vəsiqə qazanacağımıza inanıram. Bu oyunlarda erkən qol vurmağa çalışsaq və tələskənliyə yol versək, komandada əsəbilik yarana bilər. Bizim üçün qolun 1-ci və ya 90-cı dəqiqədə vurulmasının fərqi yoxdu. Plana uyğun davranmaq və səbrli olmaq lazımdı. Hamımız ilk növbədə şənbə günü olacaq oyunu düşünürük. Çünki Azərbaycana qalib gəlməsək, Macarıstanla matçın önəmi qalmayacaq".

Uels noyabrın 16-da "Bakcell Arena"da Azərbaycan, 3 gün sonra isə Kardiffdə Macarıstanla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"