COP29

La Liqa təmsilçisi gözünü Azərbaycanla oyuna dikib

12 Noyabr 2019 14:38 AÇ-2020 561
La Liqa təmsilçisi gözünü Azərbaycanla oyuna dikib

"Xorvatiyaya uduzduqdan sonra həmin matç haqqında düşünmək istəmirik. Artıq oyunumuzda dəyişikliklər olduğunu düşünürəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri Slovakiya millisi və La Liqa təmsilçisi "Selta"nın yarımmüdafiəçisi Stanislav Lobotka deyib.

AÇ-2020-nin seçmə mərhələsinin son iki oyununda müvafiq olaraq, Xorvatiya və Azərbaycanla qarşılaşacaq slovakiyalılar iki görüşdə də uğurlu nəticəyə ümid edir. Slovakiya millisi hər iki oyunda da qələbə qazansa, final mərhələsinə adını yazdıra biləcək.

Lobotka əvvəlki oyunlardan fərqli olaraq indi daha yaxşı vəziyyətdə olduqlarını bildirib: "Xorvatiyaya qarşı zəif oynadığımızı başa düşürük. Amma artıq oyunumuzda dəyişikliklər olduğunu düşünürəm. Xorvatiya və Azərbaycanla oyuna yaxşı hazırlaşacağıq. İndi fərqli oynayırıq. Ümid edirəm ki, qarşıdakı iki həlledici matçda uğurlu nəticələr qazanacağıq".

Digər Xəbərlər
Xəbər Lenti