
Slovakiya Futbol Assosiasiyası AÇ-2020-nin seçmə mərhələsində yığmalarının son iki oyununa mükafat qoyub.
Sportinfo.az xəbər verir ki, bu barədə assosiasiyanın prezidenti Yan Kovaçik məlumat verib.
Sona 2 tur qalmış 10 xalla qrupda 3-cü pillədə qərarlaşan slovaklar lider Xorvatiyadan 4, Macarıstandan isə 2 xal geri qalırlar. Kovaçik bildirib ki, Pavel Hapalın baş məşqçisi olduğu milli noyabrın 16-da lider Xorvatiyaya qalib gəlsə, komandaya 200 min avro mükafat veriləcək.
Noyabrın 19-da Azərbaycan yığmasını qəbul edəcək Slovakiya millisi 3 xal müqabilində daha 50 min avro irəli düşəcək. Assosiasiya prezidenti eyni zamanda deyib ki, futbolçular cari seçmə mərhələdə 340 min avro mükafat qazanıblar. Bunun 50 mini Bakıda qeydə alınan 5:1 hesablı qələbəyə görə verilib.